Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlixan Səmədov Malaxova balaban hədiyyə etdi - VİDEO

Əlixan Səmədov Malaxova balaban hədiyyə etdi - VİDEO

Tarix: 11 Oktyabr 2023 14:00

Xalq artisti Əlixan Səmədov Rusiyanın "Rossiya 1" telekanalında aparıcı Andrey Malaxovun təqdimatında yayımlanan "Привет, Андрей!" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  Ə.Səmədov proqramda bəstəkar Ələkbər Tağıyevin "Sən gəlməz oldun" mahnısını Azərbaycanın milli musiqi aləti balabanda ifa edib.

O, daha sonra Malaxova balaban hədiyyə edib və "Çətin deyil, siz onda ifa edə bilərsiniz" - deyə, bildirib.

Sənətkar həmçinin balabanda dahi musiqiçi Rəşid Behbudovun "Mən bir qızla tanış oldum" mahnısını səsləndirib. Bu zaman studiyadakı qonaqlar sözügedən mahnını ifa ediblər.

Milli.Az


Etiketlər:  Əlixan Səmədov Malaxova balaban hədiyyə etdi VİDEO


RƏYLƏR