Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazilə əsəbiləşdi: “Yuxudan durandan telefonum susmur" - VİDEO

Nazilə əsəbiləşdi: “Yuxudan durandan telefonum susmur

Tarix: 11 Oktyabr 2023 23:35

ATV kanalında yayımlanan "7 tamam" verilişində, canlı efirdə robot kostyumunda olan şəxsə "xınayaxdı" keçirilib. Ona "xınayxadı"nı şairə Nazilə Səfərli edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, görüntülər qısa zamanda sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub və cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri elmi məqsədlər üçün istifadə edilən robotun efirdə məişət mövzusuna alət edilməsini sərt şəkildə qınayıb.

Nazilə Səfərli məsələyə səssiz qalmayıb və açıqlama verib:

"Yuxudan durandan telefonum susmur. "Efirdə robota xınayaxdı ediblər, görünməmiş hadisədir"... Guya bunu heç görməmisiniz, heç yaşamamısınız. Bütün qız uşaqlarına kukla almırsınız? Onlar kuklaya toy edir, ev düzəldir, yemək bişirir. Bu da bir kukladır da. Robot nədir ki? Bənzər şeylərdir. Mən də robotu görəndə uşaqlıq yaddaşım oyandı, dedim, bunun üçün bir az mahnı oxuyum. Adama uşaq olmağı da qadağan edirsiniz, bəsdir!

Efirə çıxıb gözəl şeir deyirsən, dastan danışırsan, baxan varmı? Baxmırsınız! Elə Nanə sizə haqq edir, robotlara xına yaxdırır! Robot da çox çirkin idi, qorxmuşam. Özü də xına zad yox idi, orda xına nə gəzirdi? Sadəcə biz təbliğ etmişik ki, sən robotsan, sənin əlin xına götürməz".

Milli.Az


Etiketlər:  Nazilə əsəbiləşdi Yuxudan durandan telefonum susmur VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ