Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 07:42
İsraildə ABŞ-ın 22 vətəndaşı öldürülüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"İsrailə qarşı terror hücumları dəhşətlidir və dünya gördüklərinə hiddətlənməlidir. Vəziyyəti yaxından izləməyə davam edərkən, təəssüf hissi ilə indi bilirik ki, ABŞ-ın azı 22 vətəndaşı öldürülüb, HƏMAS-ın girov götürdükləri arasında ABŞ vətəndaşları da var", - ABŞ dövlət katibi sosial şəbəkə hesabında yazıb.
Daha əvvəl bildirilirdi ki, Antoni Blinken bugünlərdə İsrailə səfər edəcək. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, səfər zamanı Blinken israilli rəsmilərlə regiondakı vəziyyəti müzakirə edəcək.