Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əsəbiləşdiyi qızını 24 yerindən bıçaqlayıb, cinsi istismar edən 38 yaşlı ataya 61 il 9 ay HƏBS - FOTO

Əsəbiləşdiyi qızını 24 yerindən bıçaqlayıb, cinsi istismar edən 38 yaşlı ataya 61 il 9 ay HƏBS - FOTO

Tarix: 12 Oktyabr 2023 16:16

Türkiyədə qızını bıçaqlayıb daha sonra cinsi istismara məruz qoyan ataya 61 il 9 ay həbs cəzası verilib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə 2021-ci ildə Ərzurum vilayətinin Yakutiyə rayonunda baş verib.

Belə ki, 38 yaşlı ata E.S.Ş evdə dava etdiyi qızı D.Ş-nı özündən yaşca böyük oğlanlarla danışdığı iddiaası ilə 24 yerindən bıçaqlayıb.

Təcili yardıma müraciət etməyib qızını qanlar içində saxlayan kişi qonşuları xəbər tutduqdan sonra hadisə yerindən qaçıb.

Müalicəsi bitdikdən sonra dövlət himayəsinə alınan qız atasının onu dəfələrlə cinsi istismara məruz qoyduğunu deyib.

Məhkəmə qarşısına çıxarılan ata cinsi istismar iddialarını rədd edib:

"Mən qızıma qarşı cinsi istismar cinayəti törətməmişəm. Sadəcə olaraq bıçaqlamışam. Günahıma girməyin. Əgər girsəniz, mən sizə haqqımı halal etmirəm.

Məhkəmənin hökmü ilə E.S.Ş. ümumilikdə 61 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az


Etiketlər:  Əsəbiləşdiyi qızını 24 yerindən bıçaqlayıb cinsi istismar edən 38 yaşlı ataya 61 il 9 ay HƏBS FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ