Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Blinkendən İsrailə mesaj: Həmişə yanınızda olacağıq

Blinkendən İsrailə mesaj: Həmişə yanınızda olacağıq

Tarix: 12 Oktyabr 2023 19:38

ABŞ-ın İsrailə hərbi dəstəyi yoldadır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken bu ölkənin Baş naziri Benyamin Netanyahu keçirdiyi birgə mətbuat konfransında deyib.

Blinken ABŞ-ın üçüncü dövlətlərə və qeyri-dövlət aktorlarına İsrailə hücum etmək üçün mövcud vəziyyətdən istifadə etməyə çalışmamaq barədə xəbərdarlığını təkrarlayıb:

"Bunu etməyin, ABŞ İsraili dəstəkləyir. İsrailə isə verdiyim mesaj budur: Siz özünüzü qorumaq üçün kifayət qədər güclü ola bilərsiniz, amma nə qədər ki, ABŞ var, heç vaxt buna məcbur olmayacaqsınız. Biz həmişə sizin yanınızda olacağıq".

Milli.Az


Etiketlər:  Blinkendən İsrailə mesaj Həmişə yanınızda olacağıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ