Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabiq futbolçu həbs olundu: Anasını öldürməkdə şübhəli bilinir

Sabiq futbolçu həbs olundu: Anasını öldürməkdə şübhəli bilinir

Tarix: 12 Oktyabr 2023 20:02

Keçmiş NFL oyunçusu (amerika futbolu) Sergio Braun saxlanılıb.

Milli.Az publika.az xəbər verir ki, San Dieqo polisi "Nyu İnqland Patriots" və "Indianapolis Kolts" çıxış etmiş idmançını 73 yaşlı anasının qətlində şübhəli bilərək həbs edib. O, ittihamlarla üzləşmək üçün İllinoys ştatına ekstradisiya olunacaq.

Anası Martl Cen Simmons-Brownun cəsədi sentyabrın 16-da Çikaqo şəhərinin Mayvud səmtindəki evinin arxasındakı dərənin yaxınlığında tapılıb. Bundan sonra Braundan 1 ay xəbər olmayıb. Maywood polisi bildirib ki, 35 yaşlı sabiq futbolçu Meksikadan ABŞ-a daxil olarkən saxlanılıb.

Ailəsi verdiyi açıqlamada Serxio Braunun həbs edilməsi xəbərindən məyus olduqlarını bildirib.

Milli.Az


Etiketlər:  Sabiq futbolçu həbs olundu Anasını öldürməkdə şübhəli bilinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ