Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2023 22:24
ABŞ Qətərlə razılaşıb ki, İrana məxsus olan və əsirlərin mübadiləsi sazişində istifadəsinə icazə verilən 6 milyard dollar hələlik Tehrana verilməsin.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə CBS telekanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, tərəflər İran-ABŞ əsir mübadiləsi çərçivəsində köçürülməsi nəzərdə tutulan İranın altı milyard neft pulunun bir sentini belə Qətərin köçürməyəcəyi barədə ictimailəşdirilməmiş anlaşmaya nail olublar.
Qeyd edək ki, bundan öncə İsrailə hücuma keçən HƏMAS-ın arxasında İranın durduğu və bu təşkilatı Tehranın maliyələşdiridiyi müzakirələri zamanı ABŞ Dövlət Departamenti blokdan çıxarılan 6 milyardın yenidən bloklanacağını istisna etməmişdi.