Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 13:24
30 il işğal altında olan torpaqlarımızda məscidlərimiz, tarixi abidələrimiz, hətta qəbirstanlıqlarımız belə dağıdıldı. Bu müddət ərzində nə BMT-nin, nə də ki, onun ayrı-ayrı təsisatlarının, o cümlədən də UNESCO -nun ölkəmizin müraciətlərinə hər hansı bir formada cavab verdiyinin şahidi olmadıq.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bu faktları görmək üçün beynəlxalq təşkilatların ərazilərə baş çəkmədiyini deyən politoloq Elçin Mirzəbəyli bildirib ki, BMT və onun təsisatları tamamilə bu prosesi diqqətdən kənar qoydular.
Politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, BMT missiyasının növbəti dəfə müraciətinin ortaya çıxması əslində ikili standartın nümunəsi kimi dəyərləndirilə bilər.
Ekspertlər hesab edir ki, BMT nümayəndələri indi gəlmək istəyirlərsə onlar mina probleminə, Qərbi Azərbaycan məsələsinə də baxmalıdırlar.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: