Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN-in rəsmisi İstanbulda öldü

Rusiya XİN-in rəsmisi İstanbulda öldü

Tarix: 14 Oktyabr 2023 17:22

Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Nikolay Kobrinets oktyabrın 12-də 61 yaşında vəfat edib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə RBC idarənin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Türkiyənin NTV telekanalı xəbər verir ki, Kobrinets İstanbulun Taksim rayonunda yerləşən otel otağında ölü tapılıb.

Səhər görüşünə gələ bilməyən diplomatın həmkarları onunla əlaqə saxlamağa çalışıb. Bundan sonra otel işçiləri Kobrinetsin otağına girərək onun cəsədini tapıblar.

İlkin məlumatlara görə, diplomat ürək tutmasından dünyasını dəyişib. Diplomatın meyiti ölümün dəqiq səbəbini müəyyən etmək üçün morqa aparılıb.

Kobrinets 21 dekabr 1961-ci ildə Moskvada anadan olub. 1984-cü ildə MDBMİ-ni bitirib.


Etiketlər:  Rusiya XİN rəsmisi İstanbulda öldü


RƏYLƏR