Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 21:02
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Yeşilçam ulduzu" Mətin Akpınarın 36 il sonra evlilikdən kənar qızının olduğu ortaya çıxıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Duyqu adlı qızı olduğu açıqlandıqdan sonra aktyor sosial media izləyiciləri tərəfindən sərt tənqid olunub. Bu səbəbdən Metin illər əvvəl yaşadığı münasibətdən əkiz övladlarının dünyaya gəlməsinə və onlardan xəbərsiz olmasına münasibət bildirib:
"36 ilə əvvəl Antalyada təşkil olunan gecədə tanış olduğum xanımla yalnız bir gecəlik münasibətim oldu. Bundan sonra onunla bir daha görüşmədim. 24 il sonra əkizlər mənimlə əlaqə saxlayaraq atalarının mən olduğunu dedilər. Əlbəttə çox təəccübləndim. Onlardan aldığım məlumata görə uşaq evində qalıblar və 6 yaşları olanda Nebioğlu ailəsi tərəfindən övladlığa götürülüblər. 20 yaşında artıq bioloji ailələrini tapmaq istəyiblər.
2023-cü ildə aramızdakı qan bağlarını rəsmiləşdirmək istədilər. Etiraz etmədim. Oktyabrın 13-də qızım Duyqunu rəsmi şəkildə nüfuzuma aldım. Prosedurlar bitəndən sonra digər övladım Sevgi də nüfuzumda olacaq.
Varlıqlarından xəbərdar olmadığım övladlarımın çəkdikləri bütün çətinliklərə görə kədərliyəm. Həmçinin, həyat yoldaşım Gökseli bu hadisələr fonunda kədərləndirdiyim üçün öndan üzr istəyirəm.
İzləyicilərimdən də üzr istəyirəm, lakin həyat geriyə doğru getmir".
Qeyd edək ki, Akpınar 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir.