Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2023 23:44
Sevastopolda qadın mərhum dostunun kartından 800 min rubl (təxminən 13 min 920 manat) xərcləyib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, qadın xəstəxanadan dostunun əşyalarını götürəndə plastik kartı ələ keçirib.
İrina adlı həmin qadın mərhumun xalatının cibində kredit kartına rast gəlib və rəfiqəsinin artıq pula ehtiyacı olmadığı üçün onu götürə biləcəyini düşünüb. O, bir neçə dəfə 100 min rubl (təxminən 1740 manat) nağd pul çıxarıb və mağazalarda xərcləyib. Lakin kart ölən qadının bacıları tərəfindən bağlanıb.
Mərhumun qohumları kartdakı pulu çıxarmaq istəyəndə bank hesabındakı xeyli miqdarda pulun yoxa çıxdığını biliblər. İrina əvvəlcə bunu inkar etsə də, sonradan günahını etiraf edib.
Məhkəmə pulun qaytarılmasına qərar verib və oğrunu 1 il yarım şərti cəzaya məhkum edib.