Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Putinlə danışıqlara məcbur olacaq

Zelenski Putinlə danışıqlara məcbur olacaq

Tarix: 15 Oktyabr 2023 15:32

Ukrayna Prezidenti Vladimir Zelenski Qəzza zolağı ətrafında gərginliyə görə Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Military Watch Magazine" nəşrində dərc edilən məqalədə bildirilib.

Nəşr qeyd edib ki, Yaxın Şərqdəki vəziyyət Rusiya-Ukrayna müharibəsinin gələcək inkişafına böyük təsir göstərəcək.

Məqalədə deyilir ki, dünya ictimaiyyətinin diqqəti Ukraynadan İsrailə keçdiyinə görə Qərb öz simasını saxlamaq və eyni zamanda Kiyevə maliyyə yardımını kəsmək, bununla da onu Moskva ilə danışıqlara məcbur etmək imkanı əldə edəcək.

"Zelenski diqqət Yaxın Şərqə yönəldiyi üçün Qərbdən dəstək axtarır", - məqalədə vurğulanıb.


Etiketlər:  Zelenski Putinlə danışıqlara məcbur olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ