Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli qəza: 4 nəfər öldü, 15 nəfər yaralandı

Dəhşətli qəza: 4 nəfər öldü, 15 nəfər yaralandı

Tarix: 16 Oktyabr 2023 08:56

Hondurasın qərbində Santa Rosa de Kopan bələdiyyəsi yaxınlığında avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin xilasetmə xidmətinin yaydığı məlumatda deyilir.

Bu səhər Qvatemala sərhədinə gedən avtobusun Santa Rosa de Kopan yaxınlığında aşması nəticəsində azı 4 miqrant ölüb, 15 nəfər yaralanıb. Departamentin açıqlamasında bildirilir ki, ölən miqrantlardan dördü Venesuela vətəndaşıdır.

Milli.Az


Etiketlər:  Dəhşətli qəza nəfər öldü nəfər yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ