Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2023 11:10
"Ukrayna əks-hücum cəhdlərində ciddi itkilər verir".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, Ukraynanın itkiləri Rusiya tərəfində olduğundan 8 dəfə çoxdur: "Əks-hücum iyunun 4-dən davam edir. Hələ ki nəticə yoxdur, yalnız Ukraynanın böyük itkiləri var".
Putin, həmçinin qeyd edib ki, xüsusi hərbi əməliyyat 2014-cü ildən davam edən müharibəni dayandırmaq cəhdidir: "Rusiya bu dövr ərzində münaqişəni dinc yolla nizamlamaq üçün hər şey edib".