Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gənc oğlan küçədə sevgilisini qorumaq istədi, canından oldu

Gənc oğlan küçədə sevgilisini qorumaq istədi, canından oldu

Tarix: 16 Oktyabr 2023 20:08

Türkiyənin İstanbul şəhərində dəhşətli qətl baş verib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Kadıköydə baş verib.

Belə ki, 23 yaşlı Davut Atakov sevgilisi və onun rəfiqələrilə yol gedərkən tanımadıqları bir nəfər qızlara sataşıb. Gənc həmin şəxsə iradını bildirib və qızları qorumağa çalışıb. Nəticədə dava düşüb.

Dava zamanı orta yaşlı şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri alan gənc hadisə yerində ölüb. Hadisə yerindən qaçan həmin şəxsi polis qısa müddət ərzində tutub.

Məlum olub ki, hadisəni 56 yaşlı Ali K.Ş. törədib. Faktla bağlı araşdırma aparılır.

Baş verən qanlı cinayət müşahidə kameralarına düşüb. Həmin videonu təqdim edirik:

Milli.Az


Etiketlər:  Gənc oğlan küçədə sevgilisini qorumaq istədi canından oldu


RƏYLƏR