Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anam hamilə olanda bilirdi, yaxşı aktyorluq etdi''

''Anam hamilə olanda bilirdi, yaxşı aktyorluq etdi''

Tarix: 17 Oktyabr 2023 04:35

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl "Yeşilçam ulduzu" Mətin Akpınarın 36 il sonra nikahdankənar qızının olduğu ortaya çıxıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktyorun Duyqu adlı övladı Mətinin bir müddət əvvəl "qızlarımdan xəbərim yox idi" deyə, söylədiyi sözləri təkzib edib.

"Mətin Akpınar anam mənə 4 aylıq hamilə olanda bilirdi. İlk olaraq onun mühafizə xidməti ilə əlaqə saxladıq. "Biz Mətin bəyə deyə bilmərik" söylədilər və beləcə, qapıdan geri döndərilmə dövrümüz başladı. Sonra mənə sadəcə 1 dəqiqə vaxt ayırdı. "TRT1"də proqram bitəndən sonra tanış olacağıq deyə, düşünürdüm. Mənimlə sadəcə şəkil çəkdirib getdi. Biz 14 yanvar qarlı bir gündə 1 saat onu gözlədik. Onda 21 yaşında idim. 

Onunla görüşməkdə israrlı idim. 14 il boyunca bizi belə yola verdi. 5 il sonra zəng vurub "Ya mənimlə görüşəcəksiniz, ya da hüquqi prosessləri  başlatacağıq" dedik. Məcbur qalıb Antalyada görüş təyin etdilər. 12 saat oturduq. Anamla necə tanış olduğunu danışdı. Mən ona "Akpınar" soyadını istəmədiyimi, buradan çıxan kimi yenidən "Nebioğlu" soyadı ilə həyatıma davam edəcəyimi dedim. 

Lakin o, söhbət əsnasında "Bunu həyat yoldaşım öyrənərsə, sizə sərvətimdən heç nə verməz" dedi. Həmin gün məni öpüb-qucaqladı, elə xoşuma gəldi ki... Bizə yaşatdıqları üçün üzr istədi".

Duyqu bildirib ki, ağır əməliyyat keçirtdiyi halda belə atası onu görməyə gəlməyib:

"Yaşananları "Mənim xəbərim yox idi" deyə, ört-basdır edir, bir günlük macəra olduğunu deyir, amma bu qədər bəsit deyil. 14 il boyunca vəziyyəti yaxşı yola verdi, yaxşı aktyorluq idi. Üç dəfə DNT testi vermişəm. Testlərdən sonra aylıq ödənişlər edirdi. Lakin pulu köməkçisinin adından göndərirdi. Həyat yoldaşı da bizlə kobud davranırdı. Mətin Akpınar xanımı olmayanda bizimlə daha rahat danışır. Ona "məni bağrına bas" dedim. Hanı? Yoxdur elə bir şey" deyə, Duyqu vurğulayıb.

Qeyd edək ki, Akpınar 1961-ci ildən Göksel Özdoğdu ilə evlidir. İllər sonra onun nikahdankənar Duyqu və Sevgi adlı qızlarının olduğu ortaya çıxıb.


Etiketlər:  Anam hamilə olanda bilirdi yaxşı aktyorluq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ