Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu 2023-cü ilin bombardirləri siyahısında liderdir

Ronaldu 2023-cü ilin bombardirləri siyahısında liderdir

Tarix: 17 Oktyabr 2023 13:20

Portuqaliya millisinin və "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu 2023-cü ilin bombardirləri siyahısına başçılıq edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında məlumat yayıb.

Belə ki, Avro-2024-ün seçmə mərhələsində səfərdə Bosniya və Herseqovina ilə qarşılaşan Portuqaliya rəqibin qapısından beş cavabsız qol keçirib.

Həmin oyunda 38 yaşlı hücumçu dublla yadda qalıb və beləliklə 2023-cü ildə milli, həmçinin klubda vurduğu qolların ümumi sayını 40-a çatdırıb.

Bu göstərici ilə təcrübəli oyunçu 2023-cü ildə hesabında 39 qolu olan norveçli hücumçu Erlinq Holandı qabaqlayıb.

Milli.Az


Etiketlər:  Ronaldu 2023 ilin bombardirləri siyahısında liderdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ