Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2023 18:00
Qərb Yaxın Şərqdəki münaqişənin nizəsini İrana yönəldir. Tehranı bu hücumlara birgə müqavimət göstərmək üçün əməkdaşlığa çağırıram.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
"Dünyada vəziyyət qızışır. Yaxın Şərq böhranı buna təkan verir. Bizə dost olmayan dövlətlər - Amerika Birləşmiş Ştatları və Qərb bu münaqişənin nizəsini daim İrana qarşı yönəldir", - o bildirib.
Lukaşenkonun fikrincə, Qərbin bu cür təzyiqlərinə cavab dost ölkələr arasında əməkdaşlıq olmalıdır:
"Cavabımız birdir: bir-birimizlə daha sıx işləməli, bu hücumlara qarşı birgə əməkdaşlıq etməliyik".