Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 20:36
İsrail ordusu Livandakı üç hərbi posta zərbələr endirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, bir müddət öncə İsrail ordusunun əsgərləri Livandan İsrail ərazisinə tank əleyhinə raket atmağa cəhd edən terrorçuları aşkar etdikdən sonra İsrail Müdafiə Ordusunun tankı Livandakı iki hərbi postu məhv edib. Bundan əlavə, Müdafiə Ordusu İsrailin şimalındakı Metula şəhərinə tank əleyhinə raketin atıldığı hərbi postu vurub.