Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 20:54
BMT Təhlükəsizlik Şurasında Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsi qəbul edilməyib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, ABŞ veto hüququndan istifadə etdiyi üçün qətnamə layihəsi qəbul olunmayıb.
BMT Təhlükəsizlik Şurasının 12 üzvü qətnamə layihəsinin lehinə səs verib, Böyük Britaniya və Rusiya səsvermədə bitərəf qalıb, yalnız ABŞ onun əleyhinə səs verib.
BMT Təhlükəsizlik Şurası Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsinə Rusiya tərəfindən edilən düzəlişlərin heç birini qəbul etməyib. Bu düzəlişlərdən biri sənədin mətninə təcili humanitar atəşkəs çağırışı, ikincisi isə Qəzza zolağına ayrıseçkilik etmədən hücumları pisləyir.