Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 21:48
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri İrakli Kobaxidze "Konstitusiyanın növbəti dəfə pozulması" halında prezidentin cinayət məsuliyyətinə cəlb oluna biləcəyini açıqlayıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Novosti Qruziya" məlumat yayıb.
"Hazırda hüquqi cəhətdən cavab vermək mənim üçün çətindir, lakin Konstitusiya Məhkəməsinin qərarını nəzərə alsaq, gələcək Konstitusiya pozuntularında artıq cinayət əlamətləri ola bilər", - Kobaxidze bildirib.
Zurabişvili isə cavabında bunun onu qorxutmadığını bildirib: "Niko Nikoladzenin nəslindən olanı qorxudacağınızı düşünürsünüz? Məni bu ölkəni tərk etməyə nə vadar etməlidir? Buna arxayın olmayın".
Niko Nikoladze Salome Zurabişvilinin ulu babasıdır. Publisist, maarifçi və ictimai xadim Potidə dəniz limanının yaradıcısı və Gürcüstan dəmir yolunun tikintisinin təşəbbüskarı olub.