Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ovannisyan vəzifə aldı

Ovannisyan vəzifə aldı

Tarix: 19 Oktyabr 2023 07:02

44 günlük müharibədən azərbaycanlılara öz yalanları ilə yaxşı tanış olan, döyüşdə aldıqları zərbələri "xüsusi məharətlə" təqdim edən və buna görə də barəsində çoxsaylı lətifələr yaranan Ermənistan MN-in sabiq mətbuat katibi Artsrun Ovannisyana yeni vəzifə verilib.

Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, erməni mediası onun Müdafiə Nazirliyinin Vazgen Sərkisyan adına Hərbi Universitetinin komanda-qərargah şöbəsinin rəisi təyin edildiyini yazıb.

Bildirilir ki, o, hərbi fənlərdən dərs deyəcək.

Qeyd edək ki, Ermənistan ordusunun kapitulyasiyasından dərhal sonra vəzifədən çıxarılan Ovannisyan bir müddət cəmiyyətdən gizlənmişdi, çünki yalanlarına görə çoxsaylı qınaqlarla üz-üzə qalmışdı. Daha sonra isə yoxa çıxmasını "infarktdan müalicə olunması" ilə əlaqələndirmişdi.


Etiketlər:  Ovannisyan vəzifə aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ