Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanı ittiham etdilər – Özləri isə nə heyvan, nə insan haqları tanıyır

Azərbaycanı ittiham etdilər – Özləri isə nə heyvan, nə insan haqları tanıyır

Tarix: 19 Oktyabr 2023 21:04

"İspaniya kimi bir ölkənin Azərbaycanı "təhlükəli hücum"da ittiham etməsi absurddur".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu hüquqşünas Sahib Məmmədov deyib.

"Katalonlar ispanlardan daha qədim dövlətçiliyə malikdir. Onların müstəqillik cəhdlərinin qarşısını ən sərt qaydalarla alan İspaniya Senatının antiterror tədbirimizi "Azərbaycanın regional təhlükəsizlik və sabitliyə təhlükə yaradan əsassız hücumu" adlandırması absurddur. Heyvanlara qarşı ən qəddar davranışı (korrida) nümayiş etdirməkdə davam edən bir ölkənin Senatı bundan artıq olmaz.

Baskların da, katalonların da müstəqilllik haqqı var. Onu tanıyın. Biz isə öz ərazimizdə yerisdiksiyamızı bərpa etmişik. Kimin xoşu gəlir yaşayacaq, kimin də xoşu gəlmir, gedib İspaniyada yaşaya bilər", - hüquqşünas bildirib.

Milli.Az


Etiketlər:  Azərbaycanı ittiham etdilər Özləri isə heyvan insan haqları tanıyır


RƏYLƏR