Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məzuniyyətə getdi, qayıdanda evini tanıya bilmədi

Məzuniyyətə getdi, qayıdanda evini tanıya bilmədi

Tarix: 20 Oktyabr 2023 08:46

Paytaxt sakini məzuniyyətdən qayıtdıqdan sonra evini tanıya bilməyib.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Elmira Həsənova iddia edir ki, illərdir yaşadığı evin qarşısı qonşusu tərəfindən qanunsuz olaraq  zəbt edilib. Bu azmış kimi qonşusunun tikdirdiyi üç mərtəbəli evin tavanından gələn yağış suları da onun mənzilinə dolur. Bir sözlə, bir qonşunun mənzili digər qonşunun evini gün işığına həsrət qoyub.

Elmira Həsənova deyir ki, dəfələrlə tikintinin dayandırılmasını istəsə də qonşusu buna məhəl qoymayıb.

Yeni tikilinin sahibi Reyhan Ramazanova isə deyir ki, köhnə mənzilini rəsmi sənədlər əsasında yeniləyib.

Reyhan Ramazanovanın təqdim etdiyi sənədlərdə isə tikintinin aparılmasına yox, yalnız qeyri-yaşayış sahəsinin bərpasına icazə verildiyi qeyd olunub.

Nərimanov Rayon İcra Hakimiyyətindən isə məsələnin aradırılacağı bildirilib.

Milli.Az


Etiketlər:  Məzuniyyətə getdi qayıdanda evini tanıya bilmədi


RƏYLƏR