Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəstəkar məşhurlaşmaq istəyən qıza görün nə etdi - FOTO

Bəstəkar məşhurlaşmaq istəyən qıza görün nə etdi - FOTO

Tarix: 21 Oktyabr 2023 03:20

"Oskar"a namizəd və Qremmi mükafatına layiq görülmüş bəstəkar Denni Elfman cinsi təcavüz iddiaları ilə gündəmə gəlib.

Milli.Az lent.az-a istinadən bildirir ki, Los-Anceles Ali Məhkəməsinə təqdim edilən sənədlərdə ittihamçı olan 47 yaşlı qadın Elfmanın 1997-ci ildən 2002-ci ilə qədər ona cinsi təcavüz etdiyini bildirib.

O, Elfman və onun şirkətini "Musica de la Muerta"nı cinsi təcavüz, gender əsaslı zorakılıq, qəsdən emosional sıxıntı, cinsi qısnama eləcə də səhlənkarlıq ittihamı ilə məhkəməyə verir.

Denni Elfmanın sözçüsü deyib:

"Cənab Elfmana qarşı irəli sürülən qanunsuzluq iddiaları əsassız və absurddur. Hüquqşünaslar bütün variantları dəyərləndirir və məhkəmədə qətiyyətlə müdafiə ediləcək".

Bəyanatda deyilir ki, həmin qadın 1997-ci ilin aprelində, Nyu-York Film Akademiyasının 21 yaşlı tələbəsi olanda Elfmanla tanış olub. Elfmanın isə həmin vaxt 47 yaşında idi. Bəstəkar həmin qızı tədbirlərə dəvət etməyə, filmlər haqqında fikirlərini soruşmağa başlayıb. İddiaçının sözlərinə görə, qadın ona "məsləhətçi və himayədar" kimi yanaşıb.

Növbəti beş il ərzində, iddiaçı və Elfman tək olduqları zaman, təcavüz hadisələri baş verib. Beləliklə, bir anda Elfman tamamilə çılpaq olana qədər bütün paltarlarını çıxarıb və cinsiyyət orqanını açaraq iddiaçının qarşısında çılpaq gəzib. Elfman qıza işləmək, yaradıcı və uğurlu olmaq üçün yeganə yol budur deyib.

Elfmanın öz sahəsində çox məşhur olduğuna görə, iddiaçı "onun istəklərini həmişə yerinə yetirməkdən başqa çarəsi olmadığını" düşünüb. Qadın hesab edib ki, bu, onların işgüzar münasibətlərinin davam etdirilməsinin şərtidir.

İddia olunur ki, qadın bir müddət Elfmanla Kaliforniyada eyni mənzildə yaşayıb və Elfmanla eyni çarpayıda yatıb:

"Heç vaxt paltarımı çıxarmadım, çox vaxt isə çarpayının üstündə yatırdım. Elfman isə yanımda çılpaq yatıb. Təxminən 2002-ci ildə Elfman mənə "Hər dəfə yatanda mən sənin yanında mastürbasyon edirdim" dedi. Bundan sonra Elfmanla münasibətimi kəsdim".

Milli.Az


Etiketlər:  Bəstəkar məşhurlaşmaq istəyən qıza görün etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ