Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

Rusiyanın “bağışlanan” Balasanyanla bağlı planı

Tarix: 21 Oktyabr 2023 08:38

Qarabağdan qaçan separatçı Vitali Balasanyan İrəvana gəldikdən sonra şahid qismində dindirilmək üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə dəvət olunmuşdu. Onun barəsində qondarma rejimdə başlanmış cinayət işinə xitam verildiyi, oğluna qarşı da işin bağlandığı bildirilib. Qohumları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Balasanyanın "bağışlanma"sının pərdəarxası məqamları açılır.

Məlumata görə, Balasanyan ötən gün Rusiyanın Ermənistandakı səfirliyində olub. Onu səfirlikdən çıxarkən görüblər. Balasanyan boz rəngli "Nissan" markalı avtomobilə əyləşərək gedib.

Görünür, "bağışlanma" prosesini burada axtarmaq lazımdır. Balasanyan bunun müqabilində Rusiyaya işləməli olacaq. Rusiya ondan Azərbaycana qarşı təzyiq vasitəsi kimi yararlana bilər.

Milli.Az


Etiketlər:  Rusiyanın bağışlanan Balasanyanla bağlı planı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ