Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu müharibə 10 il davam edəcək''

''Bu müharibə 10 il davam edəcək''

Tarix: 21 Oktyabr 2023 20:22

Bu yaxınlarda Amerikanın xarici siyasətinə və prezident Baydenin İsrailə son səfərinə toxunan "The Week Biden Hugged Bibi" adlı məqalə dərc olunub. Güman edilir ki, yüksək rütbəli amerikalı məmurlar israilli həmkarlarından HƏMAS-la qarşıdurmanın müddəti ilə bağlı qaranlıq proqnozlar eşidiblər. Amerika mediası artıq aktiv şəkildə yazır ki, İsraildəki müharibə hətta on il də davam edə bilər.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ-ın "New Yorker" jurnalı məlumat yayıb.

Qeyd olunur ki, İsrail rəsmiləri guya amerikalı həmkarlarına bildiriblər ki, hərbçilərin qarşısında duran döyüş tapşırıqlarını nəzərə alsaq, müharibə uzana və on ilə qədər davam edə bilər. İsraillilər həmçinin HƏMAS-dan gələn təhlükənin dərəcəsini izah ediblər. Onlar Baydeni müşayiət edən amerikalı qonaqlardan İŞİD-in ən azı Meksikada öz qərargahını quracağı təqdirdə sadə amerikalıların necə hiss edəcəyini təsəvvür etmələrini xahiş ediblər.

Bu cür müqayisələrlə bağlı məqalənin müəllifi Syuzan Qlasser qeyd edib ki, İsrailin HƏMAS-a qarşı bu müharibədə qarşısına hansı vəzifələri qoyması təəccüblü deyil.

İsrail mediasının yazdığına görə, ABŞ prezidenti Təl-Əvivi ziyarət edib qayıdarkən mühüm bəyanat verib və Ukraynanın Rusiyaya qarşı müharibəsi kimi HƏMAS-a qarşı mübarizəmini də "ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyətə malik" adlandırıb. Yeri gəlmişkən, Bayden müharibə edən Ukrayna və İsrailə rəsmi səfərlər edərək, Amerika hərbçiləri olmadan döyüş bölgələrini ziyarət edən ilk Amerika lideri olub.

Milli.Az


Etiketlər:  müharibə davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ