Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2023 09:24
Fransanın Dənizkənarı Sena departamentində polis partlayıcı maddələr hazırlamaq üçün təhsil müəssisəsinə xlorid turşusu gətirən lisey şagirdini saxlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, təhlükəli maddə 17 yaşlı suriyaəsilli şagirdin çantasında olub.
"Lisey şagirdi xlorid turşusundan istifadə edərək partlayıcı hazırlamağı planlaşdırıb" - deyə departamentin polis idarəsinin rəhbərliyindən bildirilib.
Məlumatda o da qeyd olunub ki, saxlanılan yeniyetmə artıq uzun müddətdir polisin diqqətini öz üzərinə çəkib.