Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2023 18:45
Müğənni Xuraman Şuşalı Fələstinlə İsrail arasında gedən müharibədən yazıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi fələstinli uşaqların bədənlərinə ad və soyadlarının yazıldığı videonu sosial şəbəkədə paylaşıb. O, Şuşanın işğalı zamanı eyni vəziyyətlə üzləşdiyini bildirib:
"1992-ci ildə mən də Şuşada hər yerimə Xuraman yazmışdım. Anam soruşmuşdu ki, niyə yazmısan? Cavab verdim ki, birdən evimizə bomba düşsə, mənim meyitimi tanısınlar. Kaş heç vaxt müharibə olmayaydı, bütün uşaqlığımız xoşbəxtliyimiz getdi".