Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FHN qanunsuz tikilini SÖKDÜ - VİDEO

FHN qanunsuz tikilini SÖKDÜ - VİDEO

Tarix: 22 Oktyabr 2023 20:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Milli.Az FHN-nə istinadən bildirir ki, Yevlax rayonu, Aran qəsəbəsinin ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Milli.Az


Etiketlər:  FHN qanunsuz tikilini SÖKDÜ VİDEO


RƏYLƏR