Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya və İran gömrük rüsumlarını ləğv edir

Rusiya və İran gömrük rüsumlarını ləğv edir

Tarix: 23 Oktyabr 2023 07:12

Rusiya və İran 2024-cü ilin mart ayına qədər iki ölkədən idxal olunan mallar üçün rüsumları aradan qaldırmağa razılaşıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran-Rusiya Birgə Ticarət Palatasının üzvü Kambiz Merkazemi bildirib.

"İran və Avrasiya ölkələri arasında münasibətlərin kommersiya inkişafı ilə əlaqədar olaraq, operatorların gömrük, tariflər və rəqabətli bazar sahəsində problemləri ilin sonuna kimi həll olunacaq", - deyə bildirilib.

O, belə problemlərin həllinin milli valyutalarda hesablaşmalar, həmçinin azad ticarət və İranın Rusiya, Ermənistan və Belarusla gömrük sərhədlərinin açılması olduğunu izah edib.

Merkazemi həmçinin qeyd edib ki, azad ticarət sazişinin həyata keçirilməsi üçün infrastruktur İran və Rusiya danışıqlarında yüksək səviyyəli qarşılıqlı anlaşma sayəsində sürətli templə yaradılır.

Milli.Az


Etiketlər:  Rusiya İran gömrük rüsumlarını ləğv edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ