Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Oktyabr 2023 09:32
Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qolkiperi Fernando Musleranın "Beşiktaş"la matçda hərəkəti böyük səs-küyə səbəb olub.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, meydanda hər zaman centlemenliyi ilə seçilən Muslera bu dəfə də eyni hərəkəti edib.
Belə ki, Muslera "Beşiktaş"a qarşı keçirilən matçda rəqib komandanın futbolçusu Valentin Rozyenin ağır zədə almasının qarşısını alıb. Muslera epizodların birində qapı dirəyi ilə toqquşmaqda olan Rozyenin ayağını əli ilə saxlayaraq onun zədələnməsinin qarşısını almış olub.
Matçın bu anının görüntüsü sosial şəbəkələrdə paylaşılaraq böyük müzakirələrə səbəb olub.