Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Növbəti Məhsa Əmini hadisəsi: Polisin döydüyü qızın beyin ölümü gerçəkləşdi - FOTO

Növbəti Məhsa Əmini hadisəsi: Polisin döydüyü qızın beyin ölümü gerçəkləşdi - FOTO

Tarix: 23 Oktyabr 2023 20:18

İranın paytaxtı Tehran metrosunda əxlaq polisi tərəfindən baş örtüyünü düzgün taxmadığı iddiası ilə döyülərək qatardan atılan Armita Geravanddan bəd xəbər gəlib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 16 yaşlı qızın beyin ölümü gerçəkləşib.

Bununla bağlı İran dövlət mediasında xəbərlər yayılıb. Məlumata görə, Armita Geravandın son sağlamlıq vəziyyəti ilə bağlı daxil olan məlumatlar onun tibb işçilərinin səylərinə baxmayaraq beyin ölümünün gerçəkləşdiyini təsdiqləyir.

Xatırladaq ki, 16 yaşlı Armita Geravand oktyabrın 1-də Tehran metrosuna minəndən sonra yıxılıb. Fəallar əxlaq polisini Armitaya hicab taxmadığı üçün hücum etməkdə günahlandırsalar da, səlahiyyətlilər qızın huşunu itirdiyini iddia ediblər.

Gənc qız Tehrandakı "Fəcr" xəstəxanasında sıx təhlükəsizlik tədbirləri altında müalicə alırdı.

Qeyd edək ki, İran rəsmiləri tərəfindən yayılan görüntülərdə Armita Geravand saçları açıq halda Tehranın "Şohada" stansiyasında digər iki qızla qatara minir. Bir neçə dəqiqədən sonra qızlardan biri qatardan düşür və yerə əyilir. Daha sonra digər qız və bir neçə sərnişin huşsuz vəziyyətdə olan Armitanı qollarından və ayaqlarından tutaraq platformaya qoyur.

Qatarın içindən və ya stansiyanın girişindən isə heç bir görüntü yayımlanmayıb.

Bu çox iranlılar bunu 2022-ci ilin sentyabrında Tehranda əxlaq polisi tərəfindən "uyğun olmayan" hicab taxdığı iddiası ilə saxlanılan və daha sonra həbsdə ölən Məhsa Əminini hadisəsinə bənzədiblər.

Şahidlər Məhsa Əmininin polislər tərəfindən döyüldüyünü desələr də, səlahiyyətlilər onun ölümünü əvvəldən mövcud olan sağlamlıq problemləri ilə əlaqələndirmişdilər. Üç gün komada qalan Əmini vəfat etdikdən sonra bütün ölkədə hökumət əleyhinə etirazlar başlayıb. Təhlükəsizlik qüvvələrinin zorakı repressiyaları nəticəsində yüzlərlə insan öldürülüb, minlərlə insan saxlanılıb.

Milli.Az


Etiketlər:  Növbəti Məhsa Əmini hadisəsi Polisin döydüyü qızın beyin ölümü gerçəkləşdi FOTO


RƏYLƏR