Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Babayan İrəvanda jurnalistin üstünə "xoruzlanıb" - VİDEO

Babayan İrəvanda jurnalistin üstünə

Tarix: 24 Oktyabr 2023 08:02

Qarabağ sepratçılarının liderlərindən sayılan, qondarma qurumun "Təhlükəsizlik Şurasının" "keçmiş katibi" Samvel Babayanı İrəvanda qoçuluq edərkən görüblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, "ArmLur.am" saytının jurnalistinin mikrofonunu vurub.

"Bir neçə gün əvvəl internetdə hakim "Vətəndaş sazişi" partiyasının deputatları Andranik Köçəryan, Qurgen Arsenyan və Samvel Babayanın İrəvan küçələrində gülüb-danışaraq gəzdiklərini əks etdirən fotoşəkil yayılıb. "ArmLur.am" saytının jurnalisti Samvel Babayana yaxınlaşaraq onların əylənməsinin səbəbini soruşmağa çalışıb.

Jurnalistin sualın cavab olaraq Samvel Babayan kobudluqla onun mikrofonuna vurub", - deyə xəbərdə bildirilir.

Milli.Az


Etiketlər:  Babayan İrəvanda jurnalistin üstünə xoruzlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ