Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 09:35
"Fədayə uşaqlıqda oğlan kimi olub. Dünyaya gələndən onu oğlan kimi geyindirmişəm. Bacısı İlahəyə donlar, kukla alanda, Fədayə şalvar, velosiped almışam. Məktəbdə Fədayə əlaçı olub. Hətta yuxarı sinifin riyaziyyat fənnindən də başı çıxırdı. Oğlu Əhləmə hər zaman lay-lay çalırdı. Elə oradan anladıq ki, Fədayənin gözəl səsi var. O özü də çox yaxşı ana oldu".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Fədayə Laçının anası Təranə Qarayeva "Xəzər axşamı" verilişinə müsahibəsində deyib.
Təranə xanım Fədayəni uşaqlıq yaşlarında bir dəfə döydüyünü bildirib:
"Mən harasa gedəndə Fədayə mənimlə getmirdi. Günlərin birində qonşuya gedəndə gördüm ki, arxamca gəlib. Onu buna görə vurdum ki, niyə mənim icazəm olmadan gəlmisən. Bu hadisədən sonra Fədayə bir də arxamca heç yerə gəlmədi (gülür). Həmin hadisə yadıma düşəndə deyirəm ki, axı niyə onu belə vurdum".
Müğənninin anası bildirib ki, iki dəfə ailə həyatı qurub:
"Qızım İlahə ən saf məhəbbətimdən dünyaya gəlib. Fədayə isə qəmli vaxtıma düşdü. Ona görə də ona münasibətim başqadır. İlahənin üç yaşı vardı. Mən isə kənddə qayınatamgildə qalırdım. Həyat yoldaşım Bakıda fizika-riyaziyyat fakültəsində oxuyurdu. Eşitdim ki, o kimləsə ailə qurub. O zaman Fədayə hamilə idi... Atam-anam vardı. Onlar saxladılar Fədayənin oğlunu. Mən çox əziyyət çəkmədim. Sonra isə mən ikinci dəfə ailə qurdum".
Fədayənin anası onun həbsə düşməsindən böyük sarsıntı keçirdiyini bildirib:
"Mən Fədayəni oğlan kimi böyütdüyümdən elə bilirdim ki, oğlumdur. O hadisə olanda (Fədayənin həbs olunması - red.) çox pis olduq. Fədayə həbsxanadan mənə zəng vurdu. İstədi ağlaya, amma dedim ki, ağlama. Mən səni oğlum kimi saxlamışam. Sən mənim oğlumsan. Kişinin başına iş gələr. Möhkəm ol. Ona belə desəm də, amma ürəyimdə çəkdiyimi çəkdim (ağlayır)".
Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb.