Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA 3 klubu cərimələdi

AFFA 3 klubu cərimələdi

Tarix: 24 Oktyabr 2023 13:22

AFFA İntizam Komitəsi Premyer Liqanın X turunda qeydə alınan neqativ hallarla bağlı 3 klubu cərimələyib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Turan Tovuz" 1500, "Səbail" 800, "Zirə" isə 700 manat ziyana düşüb.

Tovuz təmsilçisi "Qarabağ"la matçda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700, oyun bitdikdən sonra meydana kənar şəxslərin daxil olması səbəbindən isə 800 manat cərimə olunub.

"Səbail" - "Neftçi" görüşünün ardından meydana kənar şəxs daxil olduğundan, birincilər 800 manat cərimə ödəyəcəklər.

"Kəpəz"lə qarşılaşmada 5 futbolçusu sarı vərəqə alan "Zirə" isə 700 manat xərcə düşəcək.

Milli.Az


Etiketlər:  AFFA 3 klubu cərimələdi


RƏYLƏR