Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2 qat dünya çempionu təhqirlərə görə 20 yaşında karyerasını bitirdi

2 qat dünya çempionu təhqirlərə görə 20 yaşında karyerasını bitirdi

Tarix: 24 Oktyabr 2023 15:52

İdman gimnastikası üzrə ikiqat dünya çempionu Kara İker karyerasını başa vurub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu 20 yaşlı amerikalı idmançının özü açıqlayıb.

O bildirib ki, Yuta gimnastika komandası ilə iki il məşq edərkən təhqirlərə məruz qalması səbəbindən bu addımı atıb: "Fiziki, əqli və emosional sağlamlığım kəskin şəkildə pisləşib. İlyarım komanda psixoloqunun yanına getdim. İndi intihara meylli olduğum üçün yenə həftədə 2 dəfə psixoloq qəbulunda oluram".

İdmançı məşq zamanı müsbət və həvəsləndirici tənqid əvəzinə, məşqçinin qəzəbinə tuş gəldiyini də deyib.

Qeyd edək ki, komandaya Tom Farden rəhbərlik edib. Mütəxəssisin özü və Yuta Universitetinin rəhbərliyi isə məsələyə münasibət bildirməyib.

Milli.Az


Etiketlər:  2 qat dünya çempionu təhqirlərə görə 20 yaşında karyerasını bitirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ