Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağda ''nazir'' idi, İrəvanda isə...

Qarabağda ''nazir'' idi, İrəvanda isə...

Tarix: 24 Oktyabr 2023 15:56

Azərbaycan torpağında Rusiyanın dəstəyi və himayəsi altında 32 ildən çox mövcudluğundan sonra ordumuzun son, cəmi bir sutkalıq əməliyyatları nəticəsində varlığını itirmiş separatçı-terrorçu hayk rejiminin keçmiş  qondarma "dövlət naziri" Qurgen Nersisyan Ermənistanda vəkilliklə məşğul olacaq.

Sonxeber.net hafta.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın News.am agentliyi məlumat yayıb.

Xatırladılır ki, Qurgen Nersisyan dövlət naziri vəzifəsinə təyin olunmazdan əvvəl gorbagor "artsax"ın "baş prokuroru" olub. Onun  bu "səlahiyyət"lərinə 2023-cü il fevralın 24-də vaxtından əvvəl xitam verilib, ondan bir gün əvvəl Ruben Vardanyan "dövlət nazir"i vəzifəsindən azad edilib, bir neçə gün sonra isə Qurgen Nersisyan həmin vəzifəyə təyin edilib. Bu il avqustun 31-də Qurgen Nersisyan tutduğu "dövlət naziri" vəzifədən azad edilib və qanunsuz "təhlükəsizlik şurası"nın katibi və sonradan sonuncu qondarma "prezident" seçilmiş Samvel Şahramanyan "dövlət naziri" təyin edilib.


Etiketlər:  Qarabağda nazir İrəvanda isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ