Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əri ilə tanışlığından danışdı: ''Qolumdan tutub çəkdi...'' - FOTOlar

Əri ilə tanışlığından danışdı: ''Qolumdan tutub çəkdi...'' - FOTOlar

Tarix: 24 Oktyabr 2023 16:15

Türkiyənin məşhur aktrisası Sinem Kobal həyat yoldaşı, aktyor Kənan İmirzalıoğlu ilə tanış olduğu andan danışıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, yutubda yayımlanan "İbrahim Səlimlə bu gecə" proqramının qonağı olan aktrisa "Kənan İmirzalıoğlu ilə tanış olduğunuz anı xatırlayırsınızmı?" sualına belə cavab verib: "Xatırlamarammı? Onu görən kimi aşiq oldum. Təbii ki, ilk görüşümüzdə o, enerjisi ilə məni özünə çəkmişdi. Onu görən kimi vuruldum".

Sinem evlilik haqqında fikirlərini də bölüşüb: "Məsələ əslində evlilik deyil. Bu, həyatınızı keçirməyə hazır olduğunuz şəxslə yaşadıqlarınızla bağlıdır. Paylaşdığınız sevgi, hörmət və səy vacibdir. Bunlar varsa, həm evlilik, həm də sevgili olduğun anlar gözəl olacaq. Sırf evlənmək xatirinə evlənməyi düzgün hesab etmirəm".

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Onların bu evlilikdən Lalin və Leyla adlı iki qızı var.


Etiketlər:  Əri ilə tanışlığından danışdı Qolumdan tutub çəkdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ