Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Futbolun qəribə reklamı: "Mən xoruzam" - FOTOlar

Futbolun qəribə reklamı:

Tarix: 24 Oktyabr 2023 17:20

Ronaldinyo təkcə "Barselona" deyil, ümumilikdə bütün futbol azarkeşlərinin sevimli futbolçularından biri olub. Ronni Kataloniya klubunda oynadığı və şöhrətinin zirvəsində olduğu vaxt, hətta "Real" fanatları da onu alqışlayıblar. Həqiqətən də o, çox yaxşı formada idi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Barsa"dan ayrıldıqdan sonra braziliyalı futbolçu bir neçə mövsüm "Milan"da çıxış etdi. Daha sonra vətəninə yollandı. Burada "Flamenqo" və "Atletiko"da (Mineyro) forma geyindi. 2013-cü ildə, Mineyro təmsilçisi onu transfer edərkən karyerasının bəlkə də ən qəribə tanıtımında iştirak etdi. O, klubla əməkdaşlıq edərək, öz prezervativ şirkətini yaratdı.

Həmin vaxt Ronninin rəsmi "Facebook" səhifəsində "Sex Free" adlı reklam yayımlandı. Prezervativ paketinin üzərində "Eu sou galo!" yazısı portuqal dilindən tərcümədə "Mən xoruzam!" mənasını verirdi.

Burada heç bir pis məna yoxdur: Paketin üzərində xoruz yalnız futbolla bağlı idi. "Qalo" (xoruzlar) "Atletiko Mineyro"nun ləqəbidir.

Ronaldinyonun karyerasına gəlincə, əfsanə 2015-ci ildə futbolçu karyerasını başa vurdu. İntizamsız həyat sürən və heç vaxt özünü qorumağa çalışamadı. 2020-ci ildə isə böyük qalmaqalla gündəmə gəldi. O, saxta pasportdan istifadə etməyə cəhd etdiyi üçün Paraqvay həbsxanasında bir aydan çox yatdı.

Futboldan təqaüdə çıxmaq ona musiqi ilə məşğul olmaq üçün daha çox imkanlar yaratdı ki, bu da bütün braziliyalıların həyatında futboldan sonra ikinci vacib ehtiraslı sənətdir. Təsadüfi deyil ki, Ronaldinyonun yer aldığı kliplər milyonlarla baxış alır.

Milli.Az


Etiketlər:  Futbolun qəribə reklamı Mən xoruzam FOTOlar


RƏYLƏR