Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2019 10:56
Yamayka milli komandasının qadın futbolçusu Taraniya Klark bıçaqlanaraq öldürülüb.
Qol.az-ın BBC-yə istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi xəstəxanada dünyasını dəyişib.
Qeyd edilir ki, hadisə oktyabrın 31-də, yerli vaxtla saat 21:00 radələrində onun telefon danışığından sonra baş verib. Klark və başqa qadın arasında mobil telefon üstündə mübahisə yaranıb. Mübahisə davaya çevrilib və futbolçu bıçaqlanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə saxlanılıb.
Qeyd edək ki, Taraniya Klark "Uoterhaus" klubunun üzvü idi.