Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda daha bir bankın mənfəəti azalıb: 1,3 milyonluq... - FOTO

Azərbaycanda daha bir bankın mənfəəti azalıb: 1,3 milyonluq... - FOTO

Tarix: 25 Oktyabr 2023 10:44

"Expressbank" 2023-cü ilin ilk  9 ayını  9 milyon 967 min manat xalis mənfəətlə bitirib. 

Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.3% və ya 1,3 milyon manat azdır. Belə ki, 2022-ci ilin III rübündə bank 11 milyon 235 min manat xalis mənfəət açıqlamışdı. 

Hesabat dövründə bankın faiz gəlirləri 18.5% artaraq 42 milyon 218 min manat, faiz xərcləri isə 56.3% artaraq 11 milyon 346 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 14 milyon manata ( illik müqayisədə 2.3% çox ), qeyri-faiz xərcləri isə 31,4 milyon manata ( illik müqayisədə 9% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 13 milyon 457 min manat əməliyyat mənfəəti əldə edib.

Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 14% və ya 61.5 milyon manat artaraq 498 milyon 489 min manata yüksəlib. O cümlədən, "Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 21.3% və ya 63.2 milyon manat artaraq 360 milyon 310 min manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 185.3 milyon manat ,biznes kreditləri 109.8 milyon manat, daşınmaz əmlak kreditləri isə 72 milyon manat təşkil edib.

Bu dövrdə "Expressbank"ın cəmi öhdəlikləri 371 milyon 112 min manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 20% və ya 63.2 milyon manat çoxdur. Bankın depozit portfeli də cari ilin ilk 9 ayında 0.5% və ya 1 milyon manat artaraq 194 milyon 126 min manata çatıb.

2023-cü il oktyabr ayının 1-nə "Expressbank"ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1.4% və ya 1 milyon 758 min manat azalaraq 127 milyon 377 min manat təşkil edib.


Etiketlər:  Azərbaycanda daha bankın mənfəəti azalıb milyonluq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ