Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 11:42
"Bavariya"nın futbolçusu Harri Keyn "Qalatasaray" matçında azarkeşlərin səs-küyünə görə eşitmə qabiliyyətini itirdiyini bildirib.
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, Harri Keyn UEFA Çempionlar Liqasında "Qalatasaray"la matçından sonra "Qalatasaray"ın azarkeşlərini tərifləyib. Bu stadionda oynamağın çətin olduğunu deyən hücumçu matçdan sonra eşitmə qabiliyyətinin bərpa olunduğunu vurğulayıb.
"Biz vacib qələbə qazandıq. "Qalatasaray"ın stadionunda oynamaq çox çətindir. Bu, həqiqətən əla atmosferdir. Buna görə təşəkkür edirəm. Azarkeşlərin komandaya təsiri həqiqətən yüksəkdir. İlk dəfədir ki, "Qalatasaray"ın stadionundayam və açığını desəm, matç bitdikdən sonra eşitmə qabiliyyətimi bərpa edirəm.
Qeyd edək ki, "Qalatasaray" "Bavariya" ya 1-3 hesabı ilə məğlub olub.