Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 13:06
Çinin cənubundakı Haynan adasında elmə məlum olmayan potensial təhlükəli viruslar aşkar edilib. Viruslardan biri COVID-19 ilə eyni sinfə aiddir, bəziləri isə xərçəng yaratmaq potensialındadır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Çin alimləri aşkar edilmiş patogenlərin növ baryerini aşa bildiyi təqdirdə insanlar üçün təhlükəli olacağını bildiriblər. İndi onlar virusların təhlükə səviyyəsini öyrənmək üçün onlarla təcrübə keçirməyi planlaşdırırlar.