Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 14:18
Bakının Murtuza Nağıyev küçəsində sola, yəni Arif Heydərov küçəsinə daxil olmaq qadağadır. Ancaq ərazidə bununla bağlı xəbərdaredici nişan qoyulmayıb.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, paytaxtın bir sıra ərazilərində sürücülər tez-tez bu kimi hallarla qarşılaşdıqlarını deyirlər.
Elə çəkiliş apardığımız zaman yoldan istifadə edən sürücülər nişanların düzgün quraşdırılmadığını, uzun müddətdir bu yolda çətinliklə üzləşdiklərini bildiriblər.
Çəkiliş apardığımız digər bir məkanda isə qaydalar pozulmasa da, istiqamətverici nişanların az olması sürücülərdə fikir ayrılığı yaradır. Məsələn, NZS qəsəbəsi adlanan ərazidən Babək prospektinə çıxışda sola dönməni icazə verən və ya qadağan edən hər hansı nişan quraşıdırlmayıb.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov da deyir ki, yol nişanları quraşdırılarkən bütün istiqamətlər - məsafə, yerləşmə və görünmə məsələləri dəqiq təhlil olunmalıdır.
Ərşad Hüseynovun sözlərinə görə, paytaxt yollarında bu kimi hallar kifayət qədərdir. Sürücülər bunun da böyük qisminə ara küçələrdə, məhəllədaxili yollarda qarşılaşırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə ünvanladığımız suallar cavabsız qaldı.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektrou Araz Əsgərli isə bildirdi ki, nişanlar arasında ziddiyət və ya sürücünün qərar qəbul etməsi üçün yaranan uyğunsuzluqlar araşdırma prementidir və bununla bağlı zəruri addımlar atılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: