Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2050-ci illə bağlı qorxunc proqnoz - 50% artacaq...

2050-ci illə bağlı qorxunc proqnoz - 50% artacaq...

Tarix: 25 Oktyabr 2023 19:58

Alimlər 2050-ci ilə qədər insultdan ölənlərin sayının 50% artacağını proqnozlaşdırıblar.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, bu proqnoza görə insult hər il təxminən 9,7 milyon insanın ölümünə səbəb ola bilər.

"Lancet Neurology"də dərc olunan məqalələrində mütəxəssislərin bir qrupu bu proqnozla çıxış ediblər.

Alimlər qeyd edirlər ki, aşağı və orta gəlirli ölkələrin sakinlərində insultdan ölüm halları çoxalacaq. "İnsulta qarşı əməkdaşlıq qrupu" kimi çıxış edən onlarla alim məruzələrində insultun "böyük" qlobal yük olaraq qalacağını proqnozlaşdırır və dünyada bu xəstəliyin tezliyini azaldacaq "praqmatik həllər" hazırlamağa çağırırlar.

Bu gün insult dünyada ölümün əsas səbəbləri siyahısında ikinci yerdədir. Hər il milyonlarla insanın əlilliyinə, demansına və digər sağlamlıq problemlərinə səbəb olur.

Ölüm nisbəti ölkələrə görə dəyişir, ölümlərin 86%-i aşağı və orta gəlirli ölkələrdə baş verir. Bundan əlavə, insult 55 yaşdan aşağı insanlarda getdikcə daha çox vüsət almağa başlayıb. 


Etiketlər:  2050 illə bağlı qorxunc proqnoz artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ