Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

500 min ödədi, azadlığa çıxdı

500 min ödədi, azadlığa çıxdı

Tarix: 25 Oktyabr 2023 23:20

Amerikalı 26 yaşlı repçi "Tekashi 6ix9ine" (Deniel Ernandes) Dominikan Respublikasında hücuma görə həbs olunduqdan sonra 500 min dollar girov qarşılığında sərbəst buraxılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, indi sənətçidən döydüyü şəxslə məsafə saxlaması, həmçinin hirslə mübarizə kursları keçməsi tələb olunur.

Bundan əlavə, reperin azad edilməsi tələbi ilə məhkəmə binası qarşısında etiraz aksiyaları da keçirilib.

Qeyd edək ki, ifaçı oktyabrın 15-də prodüseri döyüldüyü üçün Dominikanda saxlanılıb. Yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs edib.

Milli.Az


Etiketlər:  ödədi azadlığa çıxdı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ