Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 23:36
İspaniyanın "Barselona" klubu Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Şaxtyor" klubuna qalib gəlib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Barselonada baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Kataloniyalıların qollarını Ferran Torres və Fermin Lopez Martin vurub.
Qonaqların yeganə qolunu Georgi Sudakov vurub.
Üçüncü görüşdə qazandığı üçüncü qələbə sayəsində "Barselona" H qrupunda liderliyini möhkəmləndirib. Komandanın 9 xalı var. "Şaxtyor" üç xalla üçüncü pillədə qərarlaşıb. Kvartetə həmçinin Portuqaliyanın "Porto"su (üç xal) və Belçikanın "Antverpen"i (xalı yoxdur) daxildir.