Tarix: 2 Noyabr 2019 14:00
Türkiyə 2-ci liqasında mübarizə aparan “Hekimoğlu Trabzon” klubu örnək addımla gündəmə gəlib.Qol.az-ın “NTV Spor”a istinadən yaydığı xəbərə görə, maddi baxımından problemlər yaşayan “Şanlıurfaspor” liqanın 15-ci turunda səfərdə “Hekimoğlu Trabzon” komandasıyla oyuna maddi çətinliklərə görə gələ bilməyəcəklərini açıqlayıb. Bu açıqlamadan sonra Trabzon şəhərinin təmsilçisi rəsmi Twitter hesabından paylaşım edib:
“Həftəsonu qarşılaşacağımız “Şanlıurfaspor”un maddi çətinliklər ucbatından Trabzona gələ bilməyəcəklərini öyrəndik. Klubun idarə heyəti olaraq, rəqibimizin bütün ehtiyaclarını qarşılamaq istədiyimizi mediaya bildirmək istəyirik”.
Bu paylaşımdan sonra Şanlıurfa təmsilçisi rəqibinə bu jestə görə təşəkkür edərək, çətinliklərinin rəhbərlik tərəfindən aradan qaldırıldığını bildirib.