Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2023 08:32
"HƏMAS döyüşçüləri keçən ay İranda 7 oktyabr hücumu üçün təlim keçib".
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, bundan əvvəl də İsrail dəfələrlə İranı HƏMAS-ın koordinasiyalı hücumunun arxasında duran əsas qüvvə olmaqda günahlandırıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında "Dəmir qılınclar" adını verdiyi hərbi əməliyyata başlayıb.